Məşhur Türkiyə generalı koronavirusdan

Məşhur Türkiyə generalı koronavirusdan öldü - FOTO

Türkiyə Quru Qoşunları və Jandarma Qüvvələrinin sabiq komandanı Aytaç Yalman koronavirusdan ölüb.

Türkiyə mətbuatı xəbər verir ki, Yalman 79 yaşında idi.

Hazırda mərhum ordu generalının həyat yoldaşı və bacısı karantindədir.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı ətraf ölkələrlə müqayisədə az olsa da, son günlər bu rəqəmlər sürətlə artır. Ankara bu səbədən məhdudlaşdırıcı tədbirləri sürətləndirib, Azərbaycan da daxil olmaqla bir neçə ölkə ilə sərhədləri bağlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi