Metro Operativ Qərargahın qərarından sonra açıla bilər

Metro Operativ Qərargahın qərarından sonra açıla bilər 

Bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O,Yeniçağ.az-a açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə hazırlıq gedir:


"İşlərin qurulması və aparılmasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur.


Hazırda metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada təmin edilməsi işləri müntəzəm aparılır”.


Bəxtiyar Məmmədov onu da bildirib ki, metro Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra fəaliyyətini bərpa edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi