Metrodan istifadə edən sərnişinlərin sayı kəskin azaldı
Sərnişindaşımanın bərpa olunuğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov qeyd edib.
O, orta hesabla gün ərzində 350-400 min sərnişinin daşındığını bildirib:
“Bunun səbəbi təlim-tədris müəssisələrinin fəaliyyət göstərməməsidir. Eyni zamanda Bakıya gələn qonaqların sayının azalması və müxtəlif müəssisələrin xüsusi karantin rejiminin müddətinin uzadıldığı dövrdə fəaliyyətinin tənzimlənməsində fərqli prinsiplər tətbiq olunmasıdır”.
B.Məmmədov bildirib ki, “8 Noyabr” stansiyasında ötən müddət ərzində orta hesabla gün ərzində 2500 civarında sərnişin daşınıb:
“Əvvəlki dövrün təcrübəsi və metropolitendən istifadə ənənələrini nəzərə alsaq, bu stansiyada daşınan sərnişin sayının artıb-azalması müşahidə oluna bilər. Əsasən həmin ərazidə yaşayıb, işləyən insanların müntəzəm istifadə edəcəyi nəqliyyat vasitəsini müəyyən edənə qədər bu artıb-azalma davam edə bilər”.
Bu xəbər üçün şərh yazın