Meyxanaçı Kərimə sürpriz - Ad günü, toy və elə bir video yayıldı ki...
Uzun zamandır ki, xəstə yatağında olan meyxanaçı Kərimin evində toy olacaq.
Bu barədə AzNews.az-a meyxana ifaçısı Ağamirzə Məmmədov məlumat verib.
O, bildirib ki, Kərim oğlunu nişanlayıb: “Toy günü də təyin olunub. May ayının 1- də Kərimin ad günüdür. Oğlunun toy mərasimini də həmin günə təyin edəcəyik”.
Meyxanaçı həmçinin Kərimə meyxana yazdıqlarını da qeyd edib: “Avqustun 19-da 7 dost yığışdıq, bir yerdə xeyli Kərimdən danışdıq. Elə oradaca ona meyxana qoşduq. “Darıxmışıq Kərim üçün”. Qoy bu da bizdən ona sürpriz olsun”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın