“Milçək kimi qırılırlar...” - Buryatlar Severodonetskdən çıxarılır
Ukraynanın Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday Severodonetskdə gedən döyüşlərdə Rusiyanın Buryatiyadan olan hərbçilərinin kütləvi şəkildə məhv edildiyini bildirib.
AzPolitika.info xəbər verir ki, bu barədə öz sosial şəbəkə səhifəsində paylaşım edən administrasiya rəhbəri yazıb: “Milçək kimi qırılırlar. Raşistlər Severodonetskdən buryatların qalıqlarını çıxarırlar, çünki onlar Ukrayna müdafiəçilərilə döyüşlərə artıq tab gətirə bilmirlər.
Severodonetsk ərazisində ağır döyüşlər davam edir. Buryatlar geri çəkilirlər, çünki bizim müdafiəçilərdən xeyli zəifdirlər”.Qayday əlavə edib ki, Rusiya ordusu Lisiçansk şəhərini də bombardman edir. Onun bildirdiyinə görə, ümumilikdə rus ordusunun itkiləri ukraynalılarla müqayisədə xeyli çoxdur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın