Millət vəkili Könül Nurullayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Nizami rayonu 1 nömrəli Uşaq Evini və şəhid ailələrini ziyarət edib - FOTOLAR
1 nömrəli Uşaq Evinə baş çəkən K.Nurullayeva səfərindən belə söz açıb: "Körpələr evinin direktoru Nərminə xanım və uşaqlarla görüşməkdən səmimən zövq aldım.
Balalarımızla söhbətləşib onların qayğıları ilə maraqlana bilmək məni çox şad etdi. Mən də uşaqları sevindirmək məqsədi ilə onlara bayram sovqatlarını çatdırdım. Ümidvaram ki, azacıq da olsa onları şad edə bildim."
Faktinfo.az xəbər verir ki,bu sözləri 1 nömrəli Uşaq Evinə baş çəkən K.Nurullayeva deyib.Deputat daha sonra isə şəhid ailələrinə ziyarətə gedib. Şəhidlərin əzizləri ilə görüşərək ailələrin körpələrini də bayram münasibəti ilə təbrik edib. "Şəhidlərimizin yadigarlarını bağrıma basıb əzizləyə, onların sevincinə şərik ola bilmək çox xoş və əvəzolunmaz bir duyğu idi" deyə K.Nurullayeva bölüşüb.
Millət vəkili bu cür səfərlərdən dərin mənəvi zövq aldığını, kimsəsiz və vətən uğrunda həlak olmuş şəhid övladlarının qayğıları ilə daim yaxından maraqlanacağını bildirib.
Bu xəbər üçün şərh yazın