Millət vəkili Könül Nurullayeva Uşaq-Gənclər İnkişaf Mərkəzlərinə baş çəkib

Millət vəkili Könül Nurullayeva Uşaq-Gənclər İnkişaf Mərkəzlərinə baş çəkib 

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonu ərazisində yerləşən 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərini ziyarət edib.

Mərkəzlərin direktorları Lalə Qəti və Təranə Aslanova ilə görüşən K.Nurullayeva, orada yaradılmış mövcud şəraitlə tanış olub, uşaq və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün görülən işlərin olduqca təqdirəlayiq olduğunu bildirib. Görüş zamanı millət vəkili həmçinin vurğulayıb ki, cənab Prezident İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə uşaqların və gənclərin bir vətəndaş kimi yetişməsi istiqamətində lazımi addımlar atılır, çoxsaylı layihələr həyata keçirilir. Sonda isə K.Nurullayeva 8 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin rəhbərliyinə və dəyərli kollektivinə məsuliyyətli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 3 nömrəli  Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və faydalı keçirməsi üçün hər cür lazımi şərait yaradılmışdır. 82 pedaqoji işçinin çalışdığı mərkəzdə 2400-dən çox uşaq, yeniyetmə və gənc müxtəlif növ dərnəklərdə məşğul olurlar.
2017-ci ildən fəaliyyət göstərən 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində isə 122 qrup və 13 dərnəkdə 1683 tələbə təhsil alır. Bədii qiraət, Əyləncəli fizika, Bacarıqlı əllər, Texniki Estetika, İnformatika, Musiqisevələr, Təsviri incəsənət və s. bu kimi müxtəlif dərnəklərdə 60-a yaxın pedeqoji işçi çalışır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi