Millət vəkili Könül Nurullayeva “Vətən müharibəsi şəhidlərinin xatirərinə həsr edilmiş ağacəkmə aksiyası” təşkil edib - FOTOLAR
Millət vəkili K. Nurullayeva martın 17-də bayram ab-havasını, baharın gəlişini seçicilərilə birlikdə qeyd etmək, xüsusilə, zəfər ilə nəticələnən 44 günlük şanlı vətən savaşında canından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Nizami rayonu 220 saylı orta məktəb-liseyin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil edib.
Faktinfo.az xəbər verir ki, yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirlərinə töhvə verən aksiyada müəllim-şagird kollektivi, Nizami rayonu sakinləri və könüllülər də iştirak ediblər.
Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, K. Nurullayeva həmçinin 220 saylı məktəb-liseylə də yaxından tanış olub, məktəbin direktoru Lətifə Əzizova və məktəb kollektivi ilə görüşüb.
“Baharın gəlişini sizlərlə birlikdə qarşılamaq çox xoş, qəhrəman şəhidlərimizin xatirəsini anmaq isə bir o qədər qürurverici idi” vurğulayan K. Nurullayeva aksiyada iştirak edən bütün könüllü vətəndaşlara minnətdarlığını bildirib. O, Novruz bayramı münasibətilə iştirakçıları bir daha ürəkdən təbrik edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın