Millət vəkili Nizami rayon sakinlərinin problemlərini dinləyib - FOTO
Millət vəkili K.Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir.
Milli Məclisin deputatı Könül Nurullayeva Qara Qarayev prospekti 62, 66 və Əzim Əzimzadə küçəsi 34/60 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.
Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.
Faktinfo.az xəbər verir ki,K.Nurullayevanın deputat qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən mənzillərin istilik sistemi ilə təmin olunması, yaşayış binalarının fasadının, girişlərinin və pilləkən qəfəsinin təmirə ehtiyacının olması, məhəllələrə zibil qablarının qoyulması və ağaclara aqrotexniki qulluğun göstərilməsi, vətəndaşların işlə təmin olunması və s. bu kimi problemlərlə bağlı olub.
Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.
Bu xəbər üçün şərh yazın