Millət vəkili:"Kreditlərlə bağlı çox güman ki, yumşaldıcı variantlar olacaq"

Millət vəkili:"Kreditlərlə bağlı çox güman ki, yumşaldıcı variantlar olacaq" 

Əhalinin banklardan aldığı kreditlərlə bağlı vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur.

Bu sözləri millət vəkili Fazil Mustafa həmkarı Hadı Rəcəblinin kredit məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, hələlik yekun qərar olmasa da, bununla bağlı müzakirələr gedir:

“Ümumiyyətlə, vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur. Çox güman ki, yumşaldıcı variantlar olacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Hadı Rəcəbli Qaynarinfo.az-a açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın 10 gün əhalinin banklardan aldığı kreditlər məsələsində güzəştlərlə bağlı müzakirə başlayacağını deyib. (Axar.az)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər