“Milli döyüş təyyarəmiz 2023-cü ildə anqardan çıxacaq” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli texnologiyalar və yeni investisiyalar kollektiv açılış-təqdimat mərasimində mühüm açıqlamalar verib.
O, ölkənin müdafiə sənayesindən əldə edilən uğurlardan danışıb.
Dövlət başçısı bildirib ki, Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 56-dan 500-ə yüksəlib. 20 il əvvəl cəmi 62 olan müdafiə layihələrinin sayı bu il 750-i keçib.
“PUA istehsalında dünyada ilk üç ölkə arasındayıq. PUA-larından dəniz platformalarına, pilotsuz avtomobillərdən süni intellektə və peyklərə qədər müdafiə sənayesində olmamız lazım olan hər yerdəyik. İndi növbə milli döyüş təyyarəsinindir. İnşallah 2023-cü ildə onu anqardan çıxarıb dünyaya göstərəcəyik.
İlk uçuşunu 2025-ci ildə edəcək təyyarəmiz sınaq proseslərindən sonra Hərbi Hava Qüvvələrimizin zərbə gücü olaraq 2029-cu ildə səmalarda yerini alacaq”, - deyə Ərdoğan qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın