Milli Kitabxana cavab verdi:

Milli Kitabxana cavab verdi: "Yayılmış xəbərlərin heç bir əsası yoxdur"

"Bir sıra saytlarda Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsi səbəbilə işə çıxmamalarına qərar vermələri haqqında yayılmış xəbərlərin heç bir əsası yoxdur.Kitabxananın bağlı olması barədə yazılan məlumatlar da düzgün deyil.Milli kitabxana açıqdır və hazırda Elmi-praktik konfrans keçirilir".

Bu barədə  Faktinfo.az-a verilən məlumatda bildirilir.Qeyd edilir ki, hazırda kitabxananın işçiləri tam tərkibdə işə çıxıblar.Qaldı,maaşa edilən əlavələri guya rəhbərliyin vermək istəməməsi və həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərclənəcəyi barədə yazılanlar da, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə atılan böhtandır.

Eləcə də,Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsi məsələsinə deyə bilərik ki, kitabxananın 100 illik yubiley tədbirinə nəinki sıravi işçilər,hətta Milli Kitabxanada işləmiş hazırda təqaüddə olan keçmiş əməkdaşlar da dəvətli idilər.Sadəcə 21.09.2023-cü ildə  keçiriləcəyi planlaşdırılmış M.F. Axundov adına Milli Kitabxananın 100 illik yubiley tədbiri,Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlar nəticəsində  şəhidlərimizin olması səbəbindən təxirə salındı.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər