Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilib

Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilib 

Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri və müəllimləri Milli Kitabxananın qonağı olub və “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlayıb. “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib və qeyd edib ki, bu bayram gənc nəsildə kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu bayram 2012-ci ildən ABŞ-da yaranıb, bu gün isə artıq bütün dünyada, eləcə də ölkəmizdə qeyd olunur. Milli Kitabxanada da bu bayram hər il ənənəvi şəkildə qeyd edilir və gələn qonaqlara kitab hədiyyə olunur.

Kitabı tarxin yaddaşı adlandıran prof. Kərim Tahirov Azərbaycanda kitab bağışlama ənənəsinin əsasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Əlavə edib ki, Ulu Öndər Heydər Əliyev 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gəlib və hər gəlişi ilə bu kitabxanaya yeni bir abu-hava, müsbət dəyişikliklər gətirib. Ulu Öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyimini xatırlatan prof. Kərim Tahirov kitaba belə dahiyanə dəyər verən Heydər Əliyevin kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamışdığını söyləyib. Bu ənənənin davamı olaraq 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə “Qarabağa Kitabla Gedək!” layihəsi əsasında kitab toplama kampaniyası həyata keçirərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə kitabxanaların, kitab fondlarının bərpa olunduğunu söyləyib. Direktor gəncləri kitabla dost olmağa, kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “14 fevral - Beynəlxalq kitab bağışlama günü” adlı virtual sərginin təqdimatı olub. Virtual sərgi iilə tanış olmaq istiyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Sonra “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonda məktəblilərə “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Milli Kitabxana direktoru tərəfindən kitablar hədiyyə edilib.

Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar açılan ənənəvi kitab sərgisində isə Azərbaycan kitabı, mütəliə mədəniyyəti və vərdişləri, Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, Azərbaycan nağılları, Azərbaycan dastanları, Klassik və müasir Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Dünya kitab və kitabxana, kitab çapı və s. haqqında Azərbaycan və xarici dillərdə bədii və uşaq ədəbiyyatları nümayiş olunur.

Faktinfo.az


Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi