Milli Kitabxanada “20 oktyabr Zəngilan şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “20 oktyabr Zəngilan şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu 

Oktyabrın ayının 20-si Zəngilan şəhəri günüdür.

Zəngilan şəhəri günü  Azərbaycanda ilk dəfədir qeyd edilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Bu münasibətlə Milli Kitabxanada “20 oktyabr – Zəngilan şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub.

Faktinfo.az xəbər verir ki,virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Zəngilan şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər