Milli Kitabxanada "4 oktyabr– Cəbrayıl şəhəri günü" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "4 oktyabr– Cəbrayıl şəhəri günü" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr "Cəbrayıl şəhəri günü" kimi qeyd olunur.

Bu münasibətlə Milli Kitabxanada "4 oktyabr– Cəbrayıl şəhəri günü" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgidə Azərbaycan, rus, ingilis dillərində Cəbrayıl şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

Faktinfo.az-a kitabxanadan verilən məlumatda bildirilir ki,sərgi 1 həftə müddətində davam edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər