Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilib

Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilib - FOTOLAR

21 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasında kitabxananın 100 illik yubileyi münasibətilə həyata keçirilən tədbirlər planına əsasən, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın davamı və bağlanış mərasimi olmuşdur.

Faktinfo.az xəbər verir ki,Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclasını Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda açaraq iclasın işinə uğurlar arzulamış, sözü Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirova vermişdir. Natiq qonaqları salamlamış, xalqların milli-mədəni irsinin qorunması istiqamətində birgə fəaliyyətin vacibliyini diqqətə çatdırmışdır.

İlk olaraq, iclasın səlahiyyəti təsdiq edilmiş və gündəlikdə duran məsələlər diqqətə çatdırılmışdır. Qəbul və illik üzvlük haqlarının ölçüsü təsdiq edilmişdir.

Daha sonra Özbəkistan Milli Kitabxanasının direktoru, BAE-nin vitse-prezidenti Teşabayeva Umida Alimcanovna “Mərkəzi Asiya ölkələrinin sərhədyanı ərazilərindəki kitabxanaların qarşılıqlı əlaqəsi” haqqında məruzə etmişdir.

Gündəlikdə olan əsas məsələlərdən biri BAE-də iştirak edən kitabxanaların 2023-cü ilin ikinci yarısındakı peşəkar tədbirləridir ki, bu barədə Belarus Milli Kitabxanasının direktoru Vadim Frantseviç Gigin, B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Stanislavoviç Nosov, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tensina Tatyana Vladimirovna və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Gennadyeviç Qronskiy danışmışlar.

İkinci məsələ 2024-cü ildə A.S.Puşkinin anadan olmasının 225 illiyinin qeyd olunması çərçivəsində layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi olmuşdur ki, bu istiqamətdə Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin çıxış edərək təkliflər vermişlər.

 Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş (2025-ci il) BAE tədbirlərinin planı B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Stanislavoviç Nosov, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Gennadyeviç Qronskiy tərəfindən təkliflər səsləndirilmiş, nəzərdə tutulan layihələr dəstəklənmiş, bu sahədə birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Ümumilikdə iclasda mədəni siyasət, kitabxana fondlarının formalaşdırılması, qorunması, bərpası, rəqəmsal biblioqrafiya, kitabxanaların modernləşdirilməsi, təcrübə mübadiləsi, ixtisasartırma, uşaq ədəbiyyatı, uşaqlarla iş və s. kimi məsələlər müzakirə edilmişdir.

Daha sonra Rusiya Dövlət İncəsənət Kitabxanası BAE-yə yeni üzv qəbul edilmiş, 2023-cü ilin sentyabrından 2027-ci ilin sentyabrına qədər BAE-nin baş direktorunun seçkiləri baş tutmuşdur. Səsverməyə əsasən Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdiri, Tərəfdaşlıq Proqramları Departamentinin direktor müavini İrina Vladimirovna Qayşun baş direktor seçilmişdir.

Bununla da illik iclas yekunlaşmışdır.

Daha sonra “Azərbaycan Milli Musiqi Kitabxanası” layihəsinin təqdimatı olmuş, eyni zamanda 20 sentyabr tarixində öz işinə başlamış “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans davam etmişdir.

 Konfransın davamında Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri”, Vatikan Kitabxanasının direktoru Mauro Mantovani “Kitabxanalar və müasir insan inkişafı”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina “Kitabxanalar mənəviyyatımızın saxlanma mənbəyi kimi”, Belarus Milli Kitabxanasının direktoru Vadim Frantseviç Gigin “Belarus Milli Kitabxanasının Belarus Respublikasının tarixi dövlət siyasətinin formalaşmasında və inkişafında rolu”, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Ospanova Bakıtcamal Kairbekovna “Qazaxıstan Respublikasının Milli Kitabxanası və onun Qazaxıstanın sənədli mədəni-tarixi irsinin qorunmasında rolu”, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Kitabxana işi üzrə baş direktor müavini, pedaqoji elmlər namizədi, “Rusiya Mütaliə Assosiasiyası” regionlararası ictimai təşkilatının vitse-prezidenti Belokolenko Maria Vladimirovna “Kitab və mütaliə mədəniyyəti mərkəzləri” təşkilatlararası layihə: konsepsiya və ilk nailiyyətlər”, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tensina Tatyana Vladimirovna “Udmurt Respublikası Milli Kitabxanası udmurt xalqının mədəni yaddaşının qorunması və təbliğində”, Moldova Respublikası Milli Kitabxanasının direktoru Elena Pintilei “Mədəni və ictimai diplomatiya. Yanaşmalar və fikirlər. Moldova Respublikası Milli Kitabxanasının təcrübəsi”, Başqırdıstan Respublikası Əhmet-Zəki Validi adına Milli Kitabxananın İnformasiya və İnnovativ Texnologiyaların İnkişafı üzrə direktor müavini Bayzigitov Radmir  Uraloviç “Kitabxana sektorunda rəqəmsal innovasiyalar” və digər xarici və respublikanın aparıcı kitabxana işçiləri tərəfindən müxtəlif mövzularda məruzələr olmuşdur.

Faktinfo.az


Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilibMilli Kitabxananın 100 illik yubileyi ilə bağlı “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın bağlanış mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər