Milyarder çağırış etdi: Kiyevə hərbi yardımı artırın…
Beynəlxalq ictimaiyyət Kiyevə hərbi yardımı təcili olaraq artırmalı, Vladimir Putin hökumətini maliyyələşdirən layihələri azaltmalı, Ukraynaya Rusiyanın təcavüzü ilə mübarizədə kömək etməlidir.
Bunu britaniyalı milyarder Riçard Brenson deyib.
“Hesab edirik ki, indi neytrallıq zamanı deyil, Rusiyanın işğalı səbəbsiz və qəbuledilməzdir. Hökumətlər təcili olaraq hərbi yardımı artırmalıdırlar. Biz Ukraynanın tələb etdiyi silahları verməliyik. Ölkələrimiz Rusiyaya neft, qaz və kömür üçün pul göndərməyi dayandırsınlar”, - milyarder bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın