Minsk Qrupunu ləğv ediblər - Lavrov
ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk Qrupunu da ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.
XİN rəhbəri bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə tərəfdar olaraq qalmaqdadır./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın