Minskdə yenidən etiraz mitinqləri keçirilir- - VİDEO
Belarusun paytaxtı Minskdə yenidən etiraz mitinqləri keçirilir.
İnsanlar Pobeditel prospektində "Minsk - qəhrəman şəhər" stelinin qarşısında toplaşıblar.
Şahidlərin sözlərinə görə, hazırda minlərlə etirazçı meydanda işirak edirlər.
"TUT.BY"nin məlumatına görə, aksiyaya 200 mindən çox insan toplaşıb.
Qeyd edək ki, bundan əvvəl Minskdə Müstəqillik meydanında Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib, Belarus Prezidenti çıxış edib. Rəsmi məlumatlara görə, orada 65 min nəfər olub. Ölkə sakinləri iddia edirlər ki, dövlət işçiləri kütləvi çağırışlar ediblər və işdən azad olunmaq təhlükəsi ilə hökumətyönlü mitinqdə iştirak etməyə məcbur olublar.
Bir həftədir ki, Belarusda etirazlar davam edir. Vətəndaşlar prezident seçkilərinin rəsmi nəticələrinə inanmırlar. Nəticələrə əsasən, Lukaşenko 80 faizdən çox, müxalifətdən olan namizəd Svetlana Tixanovskaya isə 10,1 faiz səs toplayıb. Ölkədə ən böyük sənaye müəssisələrindən minlərlə işçi etirazçıların tələblərini dəstəkləmək üçün tətilə çıxıb. Dövlət mediasının işçiləri və rəsmiləri də işdən qovulur./Virtualaz.org
Bu xəbər üçün şərh yazın