"Mirdamət Seyidovun fikirləri ilə barışmıram" - Qarabağ veteranı

"Mirdamət Seyidovun fikirləri ilə barışmıram" - Qarabağ veteranı 

01.04.2023-cü il tarixində Seyidov Məmməd Təvəkkül oğlunun Faktinfo.az saytına göndərdiyi şikayət məktubu əsasında, "Yaşıllaşdırma Təsərrüfatı Birliyində yanlış yanaşmanın qarşısı alınmazsa..." başlıqlı xəbər yazısı yayımlanmışdı.

Sayt qarşı tərəf BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor əvəzi Mirdamət Seyidovun da mövqeyini dərc etmişdi.

Şikayətçi Faktinfo.az saytına yazaraq, direktor əvəzi Mirdamət Seyidovun fikirləri ilə barışmadığını, onun da mövqeyinə yer verilməsini xahiş edib. Qarabağ veteranı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Hövsan sahəsində usta işləmiş Seyidov Məmməd Təvəkkül oğlunun mövqeyini təqdim edirik:

 "Mirdamət Seyidov qeyd edir ki, məni işdən o çıxartmayıb. Əsla elə deyil. Həsrət Əmrahov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru olduğu müddətdə onun müavini olub. Mirdamət Seyidov tanışının oğlu, qeyri-ixtisas sahibi Əli adlı şəxsi mənim yerimə təyin etdirib, eləcə də birliyə təyin olunan işçilərin əksəriyyətinin yaşıllaşdırmaya aidiyyatı yoxdur. İkinci qeyd edir ki, idarə işçilərinin, sahə rəislərinin işdən çıxma ərizələrinin alınmasında heç bir qəbahət yoxdur, qanuna müvafiqdir. Harada yazılıb o qanun? Bəlkə, Mirdamət Seyidov göstərə o qanunu, bizdə oxuyaq! Elə qanun yoxdur, bu bəri başdan işçilərə, sahə rəislərinə olunan təzyiqdir.

O ki qaldı, Mirdamət Seyidovun "qazon" sahələrini yeniləməsi məsələsinə, deyə bilərəm ki, dövlətin pulu israfçılığa gedir. Sizə bir örnək verim. Mirdamət Seyidova sual verməzlərmi ki, Heydər Əliyev adına sarayın ətrafında olan "qazon" döşənmiş sahəyə nə olmuşdu ki, əraziyə yenidən yaşıllıq döşəndi?

FAKTİNFO.AZ


"Mirdamət Seyidovun fikirləri ilə barışmıram" - Qarabağ veteranı"Mirdamət Seyidovun fikirləri ilə barışmıram" - Qarabağ veteranı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər