Mirvari Zeynalova kimi aldatmağa çalışır?- "Bunu Əbülfəs Qarayevə bildirsə inanar,çünki..."
Aktualinfo.org-da yayımlanan “Şəki Reğional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə "yandırdı"?” başlıqlı məqaləyə cavab olaraq Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova saytın elektron poçtuna cavab məktubu göndərib.
Sayıtın məlumatına görə,Mirvari Zeynalova 18 noyabr 2019-cu il tarixdə Şəki Regional Mədəniyyət İdarəsinin elektron poçtuna ünvanlanan müvafiq sərlövhəli “yazı” ilə bağlı aşağıdakıları bildirir:
Haqqında bəhs edilən məsələ ilə bağlı ajiotaj yaradan bəzi saytların yaydıqları reallıqdan uzaq informasiyalarla bağlı tərəfimizdən aidiyyatı qurumlara təfərrüatı ilə məlumat verilmişdir.
Təkrarən qeyd etməyi lazım bilirik ki, “Qarabulaq MMC”-nin LOT-2 üzrə qalib olduğu 101811,51 manat məbləğində yanacağın növü odun qırıntısıdır və həcmi 2909 m3-dir.
Məlumat üçün bildiririk ki, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində 375 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Az sayda mədəni-maarif müəssisələri istisna olmaqla və Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla, mədəniyyət obyektlərinin qızdırılması məqsədilə 512 odun sobasından istifadə olunur.
Sonda, sizə bir zərb-məsəli xatırlarmaq istərdik: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Məsələ bu qədər sadə və bəsitdir. Hesab edirik ki, regionumuza gəlsəniz və real vəziyyətlə yerində tanış olsanız, bizə haqq qazandıracaqsınız.
Qeyd edək ki,sayta verilən cavab bununla yekunlaşıb.
Aktualinfo.org əlavə olaraq Şəki Regional Mədəniyyət İdarəsindən aldığı məlumata cavab olaraq yazır:
Maraqlıdır“Qarabukaq”MMC odun qırıntısının kubunu neçəyə alıb? Burada düstur həll etmək lazım gəlmir. Maraqlıdır ki,101811.51 manata 2909 kubmetr ağac satın almaq hansı məntiqlə həyata keçirilib? Belə ki,bir kubmetri 35 manata odun qırıntısını ”Qarabulaq” MMC hansı ağılla satın alıb? Ardınca qeyd olunur ki, hazırda Şəkidə, qara bazarda odun qırıntısının 1 kubu 15 manatdır. 101811.51 manata isə 15 manatdan 6787 kub odun yanacağı və yaxud da qırıntısı almaq olardı. Bu rəqəm də Mirvari Zeynalovanın qeyd etdiyi 2909 kubmetrdən az qala üç dəfə çoxdur. Bu məsələnin birinci tərəfi.İkincisi də Mirvari Zeynalova sanki heç nə baş verməmiş kimi bildirir ki, Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla istifadələrində 512 odun sobası var. Mirvari xanıma bildirmək istərdik ki,bunu Mədəniyyət naziri Əbülfəs Qarayevə bildirsə inanar,çünki nazir odun sobasından istifadə etmir.
Sayt onu da rəhbər xanımın diqqətinə çatdırır ki, qış fəslində Şəkinin dağ kəndində bir ailənin, bütün günü yandırmaq şərtilə istifadə etdiyi odun 10 kubmetrdir.Eləcə də , yuxarıda qeyd etdiyimiz kimi, odunun kubmetri 15 manatdan alınarsa, bu 700 ailənin bir qış fəslində istifadə edə biləcəyi odun yanacağı deməkdir. Hərçənd, çox sifariş verdikdə odun qırıntısını 15 manata deyil, 13 yaxud 12 manata belə almaq mümkündür.
Digər tərəfdən Şəki regional Mədəniyyət İdarəsinin istifadəsində olan 512 odun sobası nə vaxtlar qızdırılır ki?Çünki kənd klubları,kitabxana və mədəniyyət evlərinin əksəriyyətinin qapısı günlərlə açılmır. Gün ərzində 5-6 saat açılan klub və kitabxanada isə ay ərzində 1-2 kubmetr odun yandırmaq mümkünsüzdür,sayt bildirir.O ki,qaldı 512 odun sobasına iş saatlarında tam qızdırılsa belə, qış fəsli ərzində 2000 kubmetr odun yanacağı ancaq istifadə olunar. Odur ki,Mirvari xanım,siz Mədəniyyət naziri Əbulfəs Qarayevi aldada bilərsiniz,bizi yox… Buna 2018 ci il üçün alınmış və artıq “yandırılmış pulmu" deyək bilmirik, bəs 2019-cu il üçün alınmış 100975 manatlıq odun yanacağı haradadır? Odur ki,Şəki Regional Mədəniyyət İdarəsinin odun yanacağının satınalması məqsədi ilə elan etdiyi tenderin qalibi olan “Qarabulaq ” MMC -nin fəaliyyətinin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq tədbir görməlidir. Ümumiyyətlə,“Qarabulaq ” MMC-nin Yunusov Şahin Şamil oğluna məxsusluğu araşdırılmalıdır,yoxsa onun arxasında da hansısa yüksək çinli məmur dayanır,deyə sayt əlavə edir?
Azərbaycan Respublikasının Hesablama Palatası isə Şəki Regional Mədəniyyət İdarəsində bir neçə il əvvəl apardığı yoxlamaları davam etdirməlidir. Çünki Şəki Refional Mədəniyyət İdarəsinin bərk inventar, avadanlıq,digər maşın və avadanlıqların satınalmaları üçün elan etdiyi tenderlərdə də şübhə doğuran məqamlar kifayət qədərdir.Belə ki, 23.04 2019 cu ildə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi 125800 manatlıq tenderin qalibi “İnpeks N” MMC olub.Bura bərk inventar, avadanlıq, digər maşın və avadanlıqların satınalması aiddir.Bundan əlavə MMC ümumi dəyəri 50260 və yumşaq inventarlar üçün 53055 manat olan tenderin qalibi olub. Yəni,229115 manat avadanlıqların alınması üzrə keçirilmiş tenderdə də şübhəli məqamlar olmamış kimi görsənmir.
Sayt sonda onu da qeyd edir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə "kassa"dan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlanıb.Zamanla bu barədə mətbuata Baş Prokurorluğun mətbuat xidməti məlumat verib. Faktın araşdırılması zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq vəsait hesablanması müəyyənləşdirilib.Şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq "kassa"dan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun "kassa"ya mədaxil olunmaması faktı (ümumilikdə 1 milyon 481 min 840 manat) bu gün Şəkidə hamıya məlumdur. Dövlət vəsaitini mənimsəyənlərin hazırda cəzalarını çəkdikləri də heç kimə sirr deyil.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın