Misir Mərdanova ŞOK İTTİHAMLAR - Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları

Misir Mərdanova ŞOK İTTİHAMLAR - Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları 

“Məktəb və bağçaların həyəti o vaxtkı nazir Misir Mərdanov tərəfindən ayrı-ayrı iş adamlarına satılıb”.

Bunu Modern.az-a açıqlamasında həmin dövrdə Bakı Baş Təhsil İdarəsinin Strateji planlaşdırma şöbəsində çalışan Nadir İsrafilov bildirib.

N.İsrafilov dediklərinin Misir Mərdanov vəzifəsindən azad olunub deyə, “baltalayırlar” kimi anlaşılmasını istəmir:

“Mənim dediklərim həqiqətdir. Misir Mərdanov təhsilimizi elə günə qoyub ki, hələ də vəziyyəti tam düzəldə bilmirik. Mən o vaxt Bakı Baş Təhsil İdarəsində Strateji araşdırmalar şöbəsində çalışırdım. 2006-cı ildə Prezidentin rayon təhsil şöbələrinin ləğv edilməsi haqqında sərəncamından sonra Bakıda 11 rayonun təhsil şöbəsi ləğv olundu.

Nazirlər Kabinetinin qərarı ilə Bakı Baş Təhsil İdarəsinin bazasında yeni qurum-Təhsil Nazirliyi yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Məhəbbət Qarabağlı ora rəhbər təyin edildi”.

“Bağçaların, məktəblərin həyəti satıldı”

Ekspert qeyd edib ki, o vaxt Təhsil İdarəsi məktəb ərazilərinin zəbt olunması ilə bağlı geniş yoxlama keçirib:

“Məlum oldu ki, 30-ə qədər məktəbin ərazisi qanunsuz zəbt edilib. Bu məsələni rəsmi olaraq həll etmək mümkün olmadı. O vaxt məktəblərin texniki pasportları var idi. Texniki pasportlarda bütün məktəbin ərazisi kvadratmetrinə qədər göstərilirdi. Nazir Misir Mərdanov pasportların kiril əlifbasında olmasını əsas gətirərək, onların hamısını yığışdırdı. Bundan sonra məktəblərin ərazisini, hüdudlarını müəyyən etmək mümkün olmadı. Sonradan məlum oldu ki, məktəblərin xeyli hissəsi, stadionlar, həmçinin, uşaq bağçalarının həyəti ayrı-ayrı adamlara satılıb, yerində göydələnlər ucladılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər