Mixail Piotrovski ilə Fəxriyyə Xələfova arasında saziş imzalanıb

Mixail Piotrovski ilə Fəxriyyə Xələfova arasında saziş imzalanıb 

Sankt-Peterburqda Dövlət Ermitajının direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Piotrovski ilə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova arasında saziş imzalanıb.

Faktinfo.az xəbər verir ki, saziş çərçivəsində dizayner Fəxriyyə Xələfovanın kolleksiyalarından üç paltar dekabrın 8-də Dövlət Ermitajında açılacaq “Kostyumun tarixi” sərgisində təqdim ediləcək və sonra muzeyin fondunda yer alacaq. İki paltar dizaynerin “Şərqin cazibəsi” kolleksiyasındandır. Unikal milli ornamentlərimizlə bəzədilmiş bu paltarlar 2014-cü ilin dekabrında Parisdə «Oriental Fashion Show» Şərq geyimi festivalında nümayiş etdirilib. Modelyerin toy kolleksiyasından olan daha bir paltar XIX əsrin rokoko üslubunda yaradılıb.

Fəxriyyə Xələfova deyib: ”Bu cür müvəffəqiyyət qazanmaq üçün böyük iş görülüb. Paltarlar muzeyin ekspert komissiyası tərəfindən səylə seçilib. Dövlət Ermitajı Rusiyanın və dünyanın ən iri və ən sanballı bədii və mədəni-tarixi muzeylərindən biridir. Mənim üçün böyük şərəfdir ki, işlərim bu muzeydə nümayiş etdiriləcək və sonra da onun fonduna daxil olacaq. Muzeyə axışan insanlara Azərbaycan geyiminin, milli kostyumlarımızın səciyyəvi elementlərinin nümayiş etdirilməsi, şübhəsiz ki, irsimizin və incəsənətimizin təbliğinə xidmət edəcək”.

Qeyd edək ki, dekabrın 5-dən “Ermitaj” otelində Fəxriyyə Xələfovanın kolleksiyalarından libasların nümayişinə başlanıb və bu da moda həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Moda nümayişi dekabrın 9-dək davam edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi