
Mixail Saakaşviliyə görə 20 deputat aclıq elan etdi
Zuqdidi şəhərinin Şəhər Şurasının Vahid Milli Hərəkat Partiyasından yeni seçilən 4 deputatı Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıb.
Bu barədə VMHP-nin parlamentdəki üzvü Anna Çitlidze deyib.
Deputatların aclıq aksiyasına doktor Malxaz Calaqoniya da qoşulub.
Bu gün Rustavi Şəhər Şurasının 6 deputatı da eyni tələblə aclıq elan edib.
Qeyd edək ki, hazırda Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi tələbi ilə Gürcüstan parlamentinin 10 deputatı aclıq edir. Onlardan 9-u VMHP üzvüdür, biri isə “Droa” (Vaxt getdi) partiyasının lideri Yelene Xoştariyadır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın