Mixeil Saakaşvili müalicədən imtina edib
Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan üçüncü prezidenti Mixeil Saakaşvili müraciət yayıb.
O, istənilən tibbi müalicəni dayandırdığını bildirib.
Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.
M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, Dövlət Müfəttişliyi Xidməti Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib. Xidmət hər iki qurumun M.Saakaşvilinin şəxsi məlumatlarını yaymasını qanunsuz hesab edərək onları cərimələyib./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın