
Mobil telefonların qeydiyyat rüsumu ləğv edilib? – Ekspert aydınlıq gətirdi
Mediada mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı xəbərlər yayılıb.
Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarının ləğv edilməsi belə təqdim edilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür məlumatlar doğru deyil, rüsum ləğv edilməyib: “Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın