Moldovada Baş nazir vəzifəsi ilə bağlı gərginlik –Məhkəmə prezidentin fərmanını qanunsuz elan edib
Moldovanın Konstitusiya məhkəməsi prezident Maya Sandunun fərmanını qanunsuz elan edib.
TASS-ın verdiyi xəbər görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Moldova Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 32-IX nömrəli fərmanının (Baş nazir vəzifəsinə namizəd göstərilməsi haqqında) konstitusiyanın pozulması kimi tanınır”, – deyə Konstitusiya məhkəməsinin qərarında bildirilib.
Qeyd edək ki, prezident M. Sandu namizədliyi daha əvvəl parlament tərəfindən rədd edilmiş Natalya Gavrilitsanı yenidən baş nazir vəzifəsinə namizəd göstərib/APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın