Moskvaya edilən PUA hücumunda iki nəfər yaralandı- Qubernator
Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
Onun sözlərinə görə, İstrinsk dairəsində bağ evinə PUA-nın düşməsindən sonra iki nəfər yaralanıb.
“Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Eləcə də 3 evin pəncərələri qırılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Moskva PUA hücumuna görə paytaxt hava limanlarının hamısı bağlanmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın