MÜDAFİƏ NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - Sərəncam -Yenilənib
Faktinfo.az xəbər verir ki,Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
AzPolitika.info-nun məlumatına görə, Bakı şəhər sakini, 36 yaşlı Aqil Qurbanov əvvəllər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.
Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın