Müğənni :Şəbnəm Tovuzlu ilə elə də böyük problemlərim olmayıb

Müğənni :Şəbnəm Tovuzlu ilə elə də böyük problemlərim olmayıb 

"Kliplərimiz, mahnılarımız, geyimlərimiz var, hər gün gözəllik salonlarına gedirik. Ona görə xərclərimiz çox olur. Ayda 15 min xərcləyirəm".

Bu sözləri "MTV maqazin" verilişində müğənni Vəfa Şərifova deyib.

O, illərdir qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə münasibətindən də danışıb: "Aramızda elə böyük problemlər olmayıb. Söz-söhbət hamının gözünün önündə yaşanıb. Dedilər ki, sənin arxanca filan sözləri danışdı. Elə şeylər var ki, onları bağışlamaq olmur".

Vəfa Şərifova həmkarının qızının toy mərasiminə getməsindən də söz açıb: "Biz heç vaxt rəfiqə olmamışıq. Sadəcə müğənni kimi toy məclislərində görüşmüşük. Toy mərasiminə dəvət etmişdi, oraya gedə bilmədiyimə görə bir dəfə evinə övladını görməyə getmişdim.Qızının toyun gedib- getməyəcəyimi bilmirəm, amma mütləq hədiyyəmi göndərəcəm".


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi