"Münaqişənin hərbi həlli var, bunu Azərbaycan Ordusu hazırda sübut edir"

"Münaqişənin hərbi həlli var, bunu Azərbaycan Ordusu hazırda sübut edir" - Rusiyalı hərbi ekspert

"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var. Bunu əslində Azərbaycan Ordusu hazırda sübut edir".

APA.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Rusiyalı hərbi ekspert bunu hansısa tərəfə simpatiya və ya antipatiya bəsləmədən dediyini vurğulayıb.

İ.Korotçenko bir sıra rusiyalı ermənipərəst ekspertlərin və erməni əsilli politoloqların media məkanına Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın neft və qaz obyektlərinə raket zərbəsi endirməsinin vacibliyi barədə tezisləri aktiv şəkildə buraxmasının yolverilməz olduğunu söyləyib:

"Bu cür çağırışlar terror həyata keçirməyə çağırış kimi qiymətləndirilməli və həmin çağırışı edənlərə qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmalıdır. Ermənistana qarşı heç bir simpatiya - səmimi və ya ödənişli, Azərbaycana qarşı terror həyata keçirilməsinə çevrilməməlidir", - deyə rusiyalı hərbi ekspert qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi