“ Müsavat Partiyanın idarə olunması qənaətbəxş deyil” – Yadigar Sadıqlı
Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.
Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.
Müsavat hazırda Bakı şəhər İcra Hakimiyyətindən yerlə bağlı cavab gözləyir.
Başqanlığa namizədliyini irəli sürmüş Yadigar Sadıqlı bununla bağlı açıqlama da verib.
“Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”,-deyə Y.Sadıqlı bəyan edib.
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.
Bu xəbər üçün şərh yazın