Müxalifət Tiflisdə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tiflisdə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.
Faktinfo.az Report.az -a istinadla xəbər verir ki, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər. Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.
Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.
Bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tiflisin Rustaveli prospektinə toplaşmağa çağırıb.
Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. Telavidə keçirilən mərasim zamanı mitinq niyyəti ilə bu şəhərə getmək istəyən müxalifətin maşınlarının qarşısı kəsilib. Bu səbəbdən müxaliflərlə polis arasında qarşıdurma yaşanıb.
Bu xəbər üçün şərh yazın