Narkotik maddənin qanunsuz dövriyyəsi ilə mübarizə Ağstafaya da çatdı- Bir nəfər saxlanıldı
FAKTİNFO.AZ xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Famil Bayramov şəhər ərazisində saxlanılaraq, şöbəyə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayaış evindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Qeyd edək ki,son illər Akstafada da narkotik qəbul edənlərin sayı kəskin çoxalıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın