Narkotik qəbulundan sonra ölən şəxs Surxay Musayevin kürəkəni deyil
Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyil.Surxay Musayevin Məhərrəmov Vüqar Sübhi oğlu adında kürəkəni yoxdu.
Faktinfo.az xəbər verir ki, yüksək dozada narkotik qəbulundan sonra dünyasını dəyişdiyi deyilən Məhərrəmov Vüqar professor Surxay Musayevin deyil, Tibb Universiteti Uşaq Xəstəlikləri kafedrasının müəllimi,elmlər doktoru Hüseynağa Qurbanovun kürəkənidir.
Qeyd edək ki,Criminal.az-a istinadən bir çox saytlarda V.Məhərrəmovun aprelin 18-də Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi yaxınlığında yerləşən yeni tikilinin mənzillərindən birinin hamam otağında cansız bədəninin aşkarlanmasına dair xəbər yayılmışdı.
Lətafət Orucqızı
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın