Natiq Cəfərli: "Ət niyə bahalaşmasın ki?!"
"Ət niyə bahalaşmasın ki?! 5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik o zaman ət 7-8 manat idi".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
O, bahalaşmanın səbəbini açıqlayıb: "Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı, ilin əvvəlində hökumət dizelin qiymətinin 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına strat verdi, yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər. Toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın