Nazim Bəydəmirliyə məxsus “Loğmed” klinikasına hücum edilib
Sabiq deputat Nazim Bəydəmirliyə məxsus “Loğmed” klinikasına hücum olub.
Faktinfo.az bildirir ki, bu barədə N.Bəydəmirli özü məlumat verib.
O bildirib ki, insanlar çox aqressivləşib: “Təxminən bir saat əvvəl bir neçə nəfər klinikamıza hücum etdi, guya cavan bir oğlanın dişi müalicə edilən zaman keyləşmə üçün vurulan iynənin pasiyentə təsiri olmayıb və dişi ağrıyıb (həkimin dediyinə görə iltibah prosesi olduğundan xəstə dişin müalicəsi təklif olunub, o da razılaşmayıb gedib)...Özünü cavan oğlanın anası, atası və dostu kimi təqdim edən, ümumilikdə 4 nəfər həkimə hücum çəkdilər.....”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın