NAZİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə polkovnik təyin olundu + FOTO

NAZİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə polkovnik təyin olundu + FOTO 

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA.az-a təsdiqləyiblər.

Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

***

Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

APA-nın məlumatına görə, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi