Nazir müşavirindən gözlənilməz addım: Hüseynbala Mirələmovu müdafiə etdi
Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə aparılan belə müzakirələrdə 76 yaşlı siyasətçinin nəvəsi yaşda qızla qeyri-əxlaqi rəftarı mütləq əksəriyyət tərəfindən qınanılıb. Təəssüf doğuran haldır ki, bəzi hallarda ayrı-ayrı şəxslər eks-deputatın çirkin davranışlarını hansısa məqsəd, yaxud daşıdığı status naminə “malalamağa” çalışıblar.
Belələrindən biri də Təhsil Nazirinin müşaviri Elnur Nəsibovdur. O, “Facebook” hesabında hadisəyə münasibət bildirib. Böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazıb ki, “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..”. Nazir müşavirinin statusuna görə, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.
Nazir müşavirinin dostluğunda olanların əksəriyyəti onun bu statusuna “like” qondurub. Lakin aralarında vicdanlı tərpənib nazir müşavirinin rəyini düzgün yanaşma hesab etməyənlər də tapılıb.
Açar sözlər
Bu xəbər üçün şərh yazın