
Nazir: "Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər"
"Rusiya Energetika Nazirliyi neftin qiymətinin kəskin azalmasından əvvəlki səviyyəyə bir neçə aya qayıdacağını gözləyir".
“Russia-24” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
OPEC+ söbdələşməsinin Rusiya üçün səmərəli olduğunu bildirən nazirölkəsinin qısa perspektivdə gündəlik hasilatı 250-300 min barel, daha sonra da 500 min barel artıra biləcəyini deyib.
OPEC ölkələri bazarı sabitləşdirmək üçün yalnız OPEC+ formatının hasilatı azaltmaq razılaşması çərçivəsində hasilat həcmini daha da azaltmaqla bağlı məsələni müzakirə ediblər. Rusiya ilə OPEC üzvü ölkələri bazardakı vəziyyəti müzakirə etmək üçün may – iyun aylarında görüş keçirməyi nəzərdə tutur./report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın