Nazir Sədaqət Hüseynovanı direktor təyin etdi
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub.
Faktinfo.az xəbər verir ki, təyinatlarla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova isə Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın