Nazir Zəngilanda qəzaya düşən Yıldırımın səhhətindən danışdı
Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Zəngilandan hava limanına gedərkən qəzaya düşən AKP sədrinin müavini Binəli Yıldırım və TBMM deputatı Şamil Ayrımla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Nazir hər iki şəxsin səhhətinin qənaətbəxş olduğunu bildirib.
“Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırım, mühafizəçisi və deputat Şamil Ayrımın olduğu avtomobil qəzaya uğrayıb. Özü ilə danışdım. Üçünün də səhhəti yaxşıdır, qəzadan yüngül xilas olublar. Təkrarən hər birinə keçmiş olsun”, - deyə nazir qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın