Nazirdən işıq və su pulunun qalxma ehtimalına reaksiya:"Bu, əhalinin narazılığına səbəb olar..."
Azərbaycan hökuməti "Azərişıq” ASC və "Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.
Bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.
Məhz buna görə, hökumət gələn il "Azərişıq” ASC və "Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.
Nazir bildirib: "Biz güzəştə getməliyik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın