“Nazirlər, deputatlar da falçılara, baxıcılara müraciət edirlər”- Falçı Yeganə
Azərbaycanda bəzi vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməyi”indən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı xəbərlər yayımlanır.
Elə dünən sosial şəbəkədə məmurlardan birinin cadugərin fəaliyyətindən bəhrələndiyini əks etdirən videonun trendə çevrilməsi də bu qəbildən olan məlumatlardandır.
Faktinfo.az bildirir ki, mövzu barədə Modern.az-a açıqlama verən falçı Yeganə Zeynalova bu məsələdə bəzilərinin ağ və qara magiyanı qarışdırdığını, çox şeyi doğru-dürüst anlamadığını vurğulayıb:
“Bizim avam camaatımız magiya ilə masonları qarışdırır. Azərbaycanda bəzi məşhur iş adamları, jurnalistlər, sənətçilər də istər-istəməz masonlarla işləyir. Cadu ilə bunu səhv salırlar. Bütün dünyada masonluq var. Amerikanın da, yəhudilərin də masonluğu var. Amma bizimkilər belə şeyləri görməyib deyə, caduyla onu qarışdırırlar. Buna görə də mollalara, baxıcılara müraciət edirlər. Əvvəl falçılara müraciət edənlər indiki qədər çox olmayıb. Onlar bilmir, amma masonlar onların hər addımını izləyir. Onlar da elə bilir ki, bu cadudur. Ona cadu demirlər. Bu gün hər yeri masonlar idarə edir. Əgər işçi düz işləyirsə, massonlar ona toxunmurlar, düz işləmirsə, massonlar özləri işlərini görürlər. Hansısa bir yeri ağrıyan kimsə də elə bilir ki, ona cadu olunub”.
Onun sözlərinə görə, nazirlər, deputatlar, tanınmış sənətçilərdən falçıların, cadugərlərin yanına tez-tez gedənlər indi də var. Bununla belə, Yeganə Zeynalova ad açıqlamaq istəməyib.:
O, özünün artıq bu işlərdən çəkildiyuini xatırladaraq, “bacardığınız qədər falçıya getməyin” deyib:
“Əgər hər şey qaydasında olsun istəyirlərsə, düz işləsinlər. Falçıya, caduya getməsinlər. Onlar caduya müraciət edərək işlərini daha da çətinliyə salırlar. Bir dəfə işləri üçün yanıma türk bir xanım gəlmişdi, amma mən qəbul etmədim. Mən artıq 5 ildir ki, bu işlə məşğul olmuram”.
Bu xəbər üçün şərh yazın