Nazirlikdən əhaliyə xəbərdarlıq:"Sabah özünüzü 11:00-17:00-dək günəş şüalarından qoruyun"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah havanın qızmar keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Faktinfo.az nazirliyə istinadən bildirir ki, iyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir:
“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edilir.
Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın