
Nazirliyin mətbu orqanı "Kənd Həyatı"nın adı dəyişdirilib - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin mətbu orqanı "Kənd Həyatı" qəzetinin adı bir ilə yaxındır ki,dəyişdirilib.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə,qəzetin adı "Aqroinfo.az" adlandırılıb.
Qeyd edək ki, bölgələrdə bir sıra fermerlər üçün əyani vəsait rolunu oynayan "Kənd Həyatı" qəzeti xüsusi önəm kəsb edirdi.Eləcə də qəzet 1923-cü ildən müxtəlif adlar altında fəaliyyət göstərsə də,son illər mütamadi olaraq iri formatda "Kənd Həyatı" kimi dərc olunurdu.2023-cü ildə "Kənd Həyatı"nın dərc olunmasının 100 ili ərəfəsində qəzetin "Aqroinfo.az" adlandırılması təccüb doğurur.
Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən əlavə, nazirliyə tabe "Aqroservis"ASC-nin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin verilməsi və s. qurumlarının da mətbuat xidmətləri mövcuddur və onların fəaliyyətindən Azərbaycanda məhdud sayda media xəbərdardır.
Faktinfo.az

Bu xəbər üçün şərh yazın