Nazirliyin yüksək vəzifəli şəxsinin ölkədən çıxışına QADAĞA QOYULUR - İDDİA
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun ölkədən çıxışına qadağa qoyulur.
32gun.az-ın əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Abbasov Fəda Əli oğlu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında
Bakı Kommersiya Məhkəməsinə müraciət edilib. İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Fəda Abbasov Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin qanuni təmsilçisi və direktorudur.
MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 169 min 406 manat 27 qəpik borcu var.
Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın