Neft Daşları NQÇİ-nin kollektivi haqq-ədalət istəyir
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi şikayətini təqdim edib. "Neft Daşları NQÇİ-dən yazdılar" deyən M.Qəhrəmanlı narazı neftçilərin kollektivdə haqq-ədalət, bərabərlik istədiklərini də vurğulayıb.
Mirvari Qəhrəmanlının növbəti işçi şikayətini təqdim edirik:
"Neft Daşlari NQÇİ-də formal olaraq eyni idarenin eyni huquqa malik olan işciləri realda tam ayri- ayri güzəştli hüquqa malikdirlər. Belə ki, biz adamı olmayan işcilərə digər "ağ adamlar" kimi ,7/8 günlük iş qrafiki ilə işləməyə icazə vermirlər . Sahə rəislərinə müraciət edən kimi deyir deyir get Asim məllimin qəbuluna. Asim məllimin qəbuluna gedənlərlə maraqlanırıq gedənlər deyir ki qulaq asdı sonra dedi ki, sahə rəhbərinlə danışaram. Sahə rəhbəri də deyir ki, mən səni 7/8 gün iş qrafiki ilə işlədə bilmərəm. Yəqin ki bu müraciəti hazirda 7/8 günlük iş qrafiki ilə işləyən yoldaşlar da oxuyacaq və fikirləşəcəklər ki, kiminsə bizləri gözü götürmür. Yox qardaşlar, bu heç də elə deyil. Axi siz də əmək şəraiti ağır olduğu üçün 7/8 günlük iş qrafikininə keçirilmisiniz. Bəs biz də insanıq axı. Biz də dözə bilmirik bu cür ağır iş şəraitinə.
Niyə birinə olar o birinə yox? Rəislərin demək olar ki əksəriyyəti həftəlik iş qrafiki ilə işləyir. Ona gorə də Mirvari xanım sizdən çox- çox xahiş edirik bu məsələni qaldırın, gəlsin SOCAR-n insan resurslari, ictimai əlaqələr və tədbirlər idarəsi yerində məsələni araşdırsınlar ki,niyə bizə həftəlik qrafiklə işləməyə icazə vermirlər? Özü də burda şirkətin daxili maliyyə siyasəti ilə heç cür düz gəlməyən bir maqam da var . Bir tərəfdən işçiləri “ağ və qara” adamlara böldükləri üçün çox ciddi narazılıq var, digər tərəfdən isə axı şirkət həmişə çalışır ki,xərcləri azaltsın , qənaət etsin xerclere qenaet elesin, Bəs onda idarənin əmək haqqının hesablanması şöbəsi hara baxır? Hər işçiyə həftəlik işlədiyinə görə 2 dəfə yol xərci ödənilir? Üst üstə yığılanda bu da müəyyən məbləğ edir.
Sonda: Biz kollektivdə haqq ədalət,bərabərlik istəyirik. Başqa heç nə istəmirik"
Bu xəbər üçün şərh yazın