“NEFTİ BAHA DA ALARIQ,

“NEFTİ BAHA DA ALARIQ, TƏKİ RUSİYANIN QARŞISINDA ALÇALMAYAQ” - Lukaşenko

Fevralın 14-də ölkə prezidenti Aleksandr Lukaşenko Svetloqorska (Qomel vilayəti) səfəri zamanı bəyan edib ki, Belarus digər ölkələrdən neft alışını davam etdirəcək. Hətta Rusiya neftindən baha qiymətə olsa belə bunu edəcək.

“Başlıcası Rusiyanın qarşısında alçalmamaqdır” – deyə, Lukaşenko bildirib .

Bundan əvvəl Lukaşenko danışıb ki, fevralın 7-də Soçidəki danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin Belarusun digər ölkələrdən baha qiymətə neft almasına təəccüb etdiyini bildirib.

«Hər il dekabrın 31-də diz çökməmək məqsədilə bunu etdik» - deyə, Lukaşenko izah edib.

Bu zaman Belarus prezidenti qeyd edib ki, Moskvada çoxları Belarusun Rusiyaya birləşməsinin əvəzində enerji daşıyıcılarının vahid qiymətə olacağına işarə vururlar.

«Onlar inteqrasiyanı Belarusun udulması kimi başa düşürlər. Bu, inteqrasiya deyil. Bu, inkorporasiyadır! Mən, heç vaxt buna getmərəm. Nə Belarus xalqı, nə də Rusiya xalqı bu yolla getmək istəməz» - Lukaşenko bildirib.

«Yadda saxlayın, sizin nə vaxtsa seçdiyiniz ilk prezident heç vaxt «axırıncı» olmayacaq. Artıq məndən sonra necə yaşayacağınızı fikirləşin. Mən sağ olanda və prezident olmayanda hər zaman mübarizə aparacam ki, bizim torpağımız suveren və müstəqil olsun» - deyə, dövlət başçısı əlavə edib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi