Neftin qiyməti 80 dollara çatacaq - “Goldman Sachs”

Neftin qiyməti 80 dollara çatacaq - “Goldman Sachs” 

ABŞ-ın “Goldman Sachs” sərmayə bankı son vaxtlar peyvəndləmənin daha geniş vüsət alması ilə dünya üzrə iqtisadi fəaliyyətlərin və neftə tələbatın artmasını əsas götürərək yay aylarında “Brent” markalı neftin 80 ABŞ dollarına çatacağını proqnozlaşdırır.

 “Reuters” xəbər verir ki, bu həftə “Brent” markalı neftin qiyməti son iki ilin ən yüksək həddi olan 72,93 dollara çatıb. Bu da cari ilin ikinci yarısında tələbatın artmasına dair gözləntilərdən irəli gəlir. May ayında dünya bazarında neftə gündəlik tələbatın 1,5 milyon barel artaraq 96,5 milyon barelə çatdığı, avqust ayında isə 99 milyon barelə çatacağı bildirilir.

Həmçinin İrana qarşı sanksiyaların ləğvinə dair aparılan danışıqların ləng getməsi nəticəsində də qiymətlər yüksək səviyyədə qala bilər. İranın neft ixracatının payızdan tez bərpa olması inandırıcı görünmür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi